Qazaxıstandan Bakı və Moskvaya rədd cavabı - Təyyarə qəzasını tək araşdıracaqlar
Bakı və Moskva rəsmi olaraq Qazaxıstanda baş verən təyyarə qəzasını araşdıran komissiyaya qoşulmaq üçün müraciət etsə də, onların xahişi rədd edilib.
SAVASHMEDİA.az xəbər verir ki, bunu haqqın.az saytı Qazaxıstan mənbələrinə istinadən yazıb.
Məlumata görə, Qazaxıstan tərəflərin prosesdə yalnız müşahidəçi qismində iştirakına icazə verib.
“Bununla biz bütün faktlara, qara qutuya və sübutlara malik olacağıq”, - istintaq komissiyasının üzvü bildirib.
Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev isə təyyarə qəzasının səbəbləri ilə bağlı “tələsik nəticə çıxarmamağa” çağırıb.