Qəzada həlak olan 11-ci sinif şagirdinin əmisi oğlu da ölü tapıldı

Xəbər verdiyimiz kimi, ötən gün gecə Göygöldə iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Nov 4, 2025 - 00:27
Qəzada həlak olan 11-ci sinif şagirdinin əmisi oğlu da ölü tapıldı

Hadisə zamanı həlak olanlardan biri 11-ci sinif şagirdi, 2009-cu il təvəllüdlü İsbi Alıyevdir.

Onu da qeyd edək ki, mərhum İ.Alıyevin əmisi oğlu Qəşəm Alıyev bir neçə gün əvvəl həyatını itirib.

Milli Aviasiya Akademiyasının 4-cü kurs tələbəsi, 2005-ci il təvəllüdlü Qəşəm Alıyevin meyiti oktyabrın 18-də kirayədə yaşadığı Binə qəsəbəsindəki evin həyətində aşkar edilib. (unikal)