Qurbanov Nəriman Axundzadəyə olan təzyiqlərdən DANIŞDI

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda "Atletik"ə 3:1 hesablı məğlubiyyətdən sonra baş tutan mətbuat konfransında maraqlı açıqlamalar verib.

Oct 23, 2025 - 00:26
Qurbanov Nəriman Axundzadəyə olan təzyiqlərdən DANIŞDI

SAVASHMEDİA.az xəbər verir ki, Nərman Axundzadənin daha çox tənqid olunduğuna diqqət çəkən baş məşqçi iradlarla razılaşmadığını bildirib.

Onun sözlərinə görə, yerli futbolçuları böyütmək, onlara güvənmək lazımdır:

"Elvin, Nəriman, Bəhlul və Toralla rəqibə təzyiq göstəririksə, deməli, onlara inanıb güvənməliyik. Bir oyunçuya ilboyu təzyiq varsa, o çıxıb meydanda özünü idarə edə bilirsə, çox böyük iş görür. Nərimana son vaxtlar o qədər böyük təzyiq var ki, amma unutmayaq ki, Mərimanın 21 yaşı var. Mən məşqçi kimi onun yanında olmalı, potensialını açmağa çalışmalıyam. Zədə alanadək Nəriman bizim qruplara düşməyimizdə ən böyük pay sahiblərindən biri olub. Azarkeşlərə haqq qazandırıram, onlar həm məndən, həm də kollektivdən daha artığını gözləyirlər".

Oğuz