Ramiz Mehdiyev 2003-cü ildə Müsavata necə kömək etmək istəyib? - AÇIQLAMA

"Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyevin Müsavat Partiyasına xüsusi sevgisi var idi". 

Oct 31, 2025 - 11:51
Ramiz Mehdiyev 2003-cü ildə Müsavata necə kömək etmək istəyib? - AÇIQLAMA

SAVASHMEDİA.az-ın xəbərinə görə, bu sözləri hakim Yeni Azərbaycan Partiyasının rəsmi mətbuat orqanı olan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, keçmiş deputat Alqış Həsənoğlu deyib.

Baş redaktorun sözlərinə görə, Ramiz Mehdiyev 2003-cü ildə Müsavat Partiyasının qərargahının şəhərin mərkəzindən Binəqədi rayonu ərazisinə köçürülməsinin qarşısını almağa çalışırmış.

“Ramiz Mehdiyevin Musavat Partiyasına da xüsusi sevgisi vardı... 2003-cü ildə Müsavat partiyası şəhərin mərkəzindəki (Zərifə Əliyeva prospekti -37 , Şəhriyar klubunun yanı) qərargahından Binəqədi rayonunun Dərnəgül qəsəbəsinə köçürülərkən Mehdiyev çox məyus olmuşdu. Mane olmağa çalışdı. Amma bacarmadı”, - o, sosial şəbəkə hesabında yazıb.

Oğuz