Ramiz Mehdiyevin ayağına elektron qolbaq taxılıb?

Barəsində 4 aylıq ev dustaqlığı qərarı çıxarılan Ramiz Mehdiyevlə bağlı təfərrüatlar gündəmin əsas mövzusuna çevrilib.

Oct 21, 2025 - 23:30
Ramiz Mehdiyevin ayağına elektron qolbaq taxılıb?

SAVASHMEDİA.az bu dəfə dövləti cinayətlərdə ittiham edilən Ramiz Mehdiyevə elektron qolbağın taxılıb-taxılmadığını araşdıqmaq qərarına gəlib.

Xatırladaq ki, bununla bağlı nə rəsmi, nə də qeyri rəsmi heç bir məlumat yoxdur. 

Bəs qanun nə deyir? 

Azərbaycanda ev dustaqlığı tədbiri tətbiq olunan şəxslərə elektron qolbaq (monitorinq cihazı) taxıla bilər, amma bu mütləq deyil. Başqa sözlə, bütün hallar üçün məcburi deyil.

Elektron qolbaq nədir və hansı hallarda taxılır?

Elektron qolbaq – ev dustaqlığında olan şəxsin yerini real vaxtda izləməyə imkan verən nəzarət cihazıdır. Bu cihaz vasitəsilə:

Şəxsin evdən çıxıb-çıxmaması;

Qadağan olunmuş zonalara daxil olub-olmaması;

Ümumiyyətlə ev dustaqlığı rejiminə əməl edib-etmədiyi izlənir.

Kimlərə taxılmaya bilər?

Yaşı və sağlamlıq durumu uyğun olmayanlara (məsələn, bəzi xəstəlikləri olan şəxslərə);

Qısa müddətli ev dustaqlığına məruz qalanlara;

Göründüyü kimi, 87 yaşlı Ramiz Mehdiyevə elktron qolbaq taxılmaya da bilər. Amma onun ittiham olunduğu maddələrin ağırlığı bunun əksini də tələb edə bilər.

Oğuz