Rövşən Lənkəranskinin xalası oğlu Rusiyada saxlanıldı
Cinayət iyerarxiyasında yüksək vəzifə tutmaqda şübhəli bilinən azərbaycanlı avtoritet Zaur Əhmədov Orenburqda saxlanılıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Rusiya mətbutı yazıb.
Xatırladaq ki, 47 yaşlı iş adamı Zaur Əhmədov Rövşən Lənkəranskinin xalası oğludur. Onun "qanuni oğru" statusu yoxdur, amma Lənkəranskinin ölümündən sonra onun “kriminal imperiyasına” başçılıq edib.
Zaur Əhmədov həmçinin Moskvanın ən iri topdansatış bazarı olan “Fud-Siti”yə nəzarət edən şəxs ("smotryaşiy") kimi tanınır.
Səlcuq
Zaur Əhmədov