Rusiya mətbuatı ekipajla dispetçerin danışığının stenaqramını yaydı  - Yenə quş?

2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan AZAL sərnişin təyyarəsinin ekipajı ilə dispetçerlər arasında aparılan danışıqların tam stenoqramı ortaya çıxıb. 

Jan 15, 2025 - 22:48
Rusiya mətbuatı ekipajla dispetçerin danışığının stenaqramını yaydı  - Yenə quş?

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı xəbər verib.

Məlumatda bildirilir ki, Qroznıya enməmək , Mahaçqalaya uçmamaq , sonra isə yenidən Bakıya uçmaq və nəticədə Aktauya uçmaqla bağlı qərarı qəzaya uğrayan təyyarənin ekipajı tərəfindən müstəqil qəbul edilib.

Dispetçerlər ekipajın əvvəlcə Qroznıya, sonra Mahaçqalaya enməsini təklif ediblər. Ekipaj üzvlərinə Rusiyanın digər hava limanlarındakı vəziyyət barədə də məlumat verilib. Bundan əlavə, stenoqramlardan aydın olur ki, təyyarənin quşlarla toqquşması, eləcə də göyərtəsində qaz balonunun partlaması ilə bağlı versiya dispetçerlərlə danışıqlarda təyyarənin ekipajı tərəfindən səsləndirilib.

Xatırladaq ki, Azərbaycan tərəfi quş sürüsü ilə toqquşması versiyasını istisna edərək, təyyarəyə kənar müdaxilənin olduğunu bəyan edib.

Oğuz