Roma, Cenevrə, yoxsa... - Putinlə Zelenski harada görüşəcək?
Roma ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Vladimir Zelenskinin Rusiya lideri Vladimir Putinlə görüşmək üçün üstünlük verdiyi yerdir.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Qərb mediasına Avropa İttifaqındakı diplomatik mənbələr deyib.
Mənbələrin məlumatına görə, danışıqların aparılmasının digər variantları da müzakirə olunur. O cümlədən Fransa lideri Emmanuel Makron görüşün neytral ölkədə keçirilməli olduğunu vurğulayıb.
"Bu, İsveçrə və ya başqa ölkə ola bilər. Mən şəxsən Cenevrəni dəstəkləyirəm", - Makron qeyd edib.
Daha əvvəl "Reuters" xəbər verib ki, Macarıstan da nəzərdən keçirilən variantlardan biri ola bilər.
Oğuz