Rusiya qara qutuya görə Qazaxıstana təzyiq edirmiş? - Bu səbəbdən Braziliyaya göndərilib

"Görünür, Qazaxıstan Rusiyanın basqılarına tab gətirməyib, ədalətsiz qərar vermək istəməyib və qara qutuları Braziliyaya göndərib".

Dec 30, 2024 - 11:10
Rusiya qara qutuya görə Qazaxıstana təzyiq edirmiş? - Bu səbəbdən Braziliyaya göndərilib

SAVASHMEDİA.az xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz özünün sosial şəbəkə hesabında yazıb.

"Braziliya həmin təyyarəni istehsal edən ölkədir. Araşdırmanı bu ölkədə yerləşən Aviasiya Qəzalarının Təhqiqatı üzrə Beynəlxalq Mərkəz aparacaq. Açıqlanan məlumatlarda bu qərarın beynəlxalq konvensiyalara uyğun olduğu, Azərbaycan və Rusiya tərəfləri ilə razılaşdırıldığı qeyd edilib. Qazaxıstanın bu mövqeyi maraqlı və düşündürücüdür .Axı istehsalçı şirkətin, beynəlxalq qurumların nümayəndələri elə Qazaxıstandaydılar və orada bu işi bitirə bilərdilər" - Osman Gündüz yazıb.

Doğurdanmı Qazaxıstan  Rusiyanın təzyiqlərinə tab gətirə bilməyib?

Ekspert bu qərarın Azərbaycan və Qazaxıstan prezidentlərinin telefon danışıqlarından sonra baş tutmasına diqqət çəkib:

"Bəlkə də təyyarəni istehsal edən ölkənin özünə hörmət edərək obyektiv mövqe tutacağı baxımından, beynəlxalq qurumların müşahidəsi altında aparılması baxımından bu qərar daha doğrudur. Görünən odur ki, arxa planda, Qazaxıstan, Rusiya və Azərbaycan arasında amansız diplomatik və siyasi mübarizə gedir.
Ümid edirəm Rusiya Braziliyanın qərarına təsir edə bilməyəcək".

Oğuz