VOVKA-PAXAN feyk deyil
Rusiyanın məmur uçuşları proqramı kosmik uçuşlardan fərqli olaraq uğurla davam etdirilir.
Kiçicik xatırlatma: 1991-ci ildə partokratların hakimiyyət çevrilişi cəhdi dövlət çevrilişi ilə başa çatdıqdan sonra bir neçə yüksək vəzifəli şəxs özünü əfsanəvi İkar bilib evinin, kabinetinin pəncərəsindən göyə atılmış, lakin rəngləri səhv salaraq qaraya – asfalta düşmüşdü...
Putinin hakimiyyəti dövründə dövlət məmurları, yanacaq kompleksi, maliyyə qurumları işçiləri vəzifəli şəxslərin uçuş cəhdi ənənəsini böyük səylə davam etdirirlər. Bir neçə dikbaş – üzəduran fakt.
* 2022-ci ilin may ayında “Lukoyl”un keçmiş top-meneceri Aleksandr Subbotin müəmmalı şəraitdə öldü.
* İl yarım bundan əvvəl “Lukoyl”un direktorlar şurasının rəhbəri Ravil Maqanov xəstəxananın pəncərəsindən yıxıldı.
* 2023-cü ilin oktyabr ayında “Lukoyl”un növbəti rəhbəri Vladimir Nekrasov gözlənilmədən vəfat etdi.
* Seçinin gənc oğlu ürək çatışmazlığından keçindi.
* “Qazprom” kassasının baş direktorunun müavini 61 yaşlı Aleksandr Tyulakov özünü asdı.
* “Sberbank”ın 42 yaşlı prezidenti Nikolay Vasev gözlənilmədən ürək tutmasından keçindi.
* 2023-cü ildə Kremlin “ICS Holding” IT şirkətinin baş direktoru Anton Çerepennikov 40 yaşında ikən ürək tutmasından öldü.
* Elm və ali təhsil nazirinin 46 yaşlı müavini Pyotr Kuçerenkonun ürəyi təyyarə uçuşundan sonra dayandı. Məlumdur ki, mərhum Ukrayna ilə müharibənin əleyhinə fikir söyləmişdi.
* Sualtı qayıq tərsanələri sirkətinin direktoru Aleksandr Buzakov 2022-ci ilin dekabrında gözlənilmədən vəfat etdi.
* Maliyyəçi Den Rapoport həmin il Vaşinqtonda pəncərədən aşdı.
* “I-mobile” telefon şirkətinin 47 yaşlı sahibi Yevgeni Palant Moskva yaxınlığındakı evində arvadı və qızı ilə birgə ölmüş tapıldı. Ailə üzvlərinin hamısında bıçaq yaraları var idi. İstintaq bunu özünəqəsd adlandırır.
* Uzaq Şərqin və Arktikanın inkişaf etdirilməsi üzrə şirkətin rəhbəri İvan Peçorin 2022-ci ildə suda boğulub öldü.
* Ondan əvvəl həmin vəzifədə çalışmış İqor Nosov fevral ayında 43 yaşında insultdan vəfat etdi.
* Qanunverici yığıncağın deputatı Pavel Antov pəncərədən yıxıldı. Hadisədən bir az əvvəl o, mesencerdə müharibə əleyhinə post yerləşdirmişdi.
* Antovun iş partnyoru Vladimir Budanov ondan üç gün əvvəl mehmanxanada ürək tutmasından vəfat etmişdi.
* “Qazprominvest”in top-meneceri Leonid Şulman vanna otağında çox sayda dərin kəsik yaralarla tapıldı. Yanında ölümqabağı yazı var idi.
* “Astra-Şipping” nəqliyyat-logistika şirkəti “Qazprom”un sifarişlərini yerinə yetirirdi. Şirkətin baş direktoru Yuri Voronov öz evinin hovuzunda başında güllə yaraları ilə tapıldı.
* “Qazprombank”ın keçmiş vitse-prezidenti Vladislav Avayev, onun arvadı və 13 yaşlı qızı öz mənzilində ölmüş aşkar edildilər. İstintaqın versiyasına görə, Avayev ailə üzvlərini qətlə yetirmiş, sonra öz canı ilə vidalaşmışdi.
* İri və nüfuzlu “MedStom” şirkətinin başçısı milyardçı Vasili Melnikov, onun arvadı və iki azyaşlı oğlu evdə bıçaq yaraları ilə ölmüş vəziyyətdə tapıldılar. İstintaq orqanlarının fikrincə, Melnikov əvvəlcə ailəsini, sonra özünü öldürə bilərdi.
* NOVOTEK-in keçmiş top-meneceri Sergey Protosenya İspaniyadakı evində arvadını və qızını öldürdükdən sonra özünü bağda asdı.
* Rusiyanın neft-qaz maqnatı Mixail Tolstoşeya İngiltərədəki evinin qarajında asılmış vəziyyətdə tapılıb. Ölümündən bir qədər əvvəl o, dostlarına etiraf etmişdi ki, iki il qabaq Putinin “öldürülməlilər” siyahısına düşdüyünə görə çox qorxur.
* “Lukoyl”un vitse-prezidenti Vitali Robertus özünü asdı.
* “Lukoyl”un keçmiş vitse-prezidenti Mixail Roqaçov 2024-cü ildə pəncərədən yıxıldı.
* Oliqarx Dmitri Zelenov Fransada pilləkəndə təsadüfən yıxılaraq keçindi.
* Rusiya dəmir yolları şirkətinin başçısı Pavel Pçyolnikovun cəsədi Moskvadakı mənzilində tapıldı.
* Putinin hamamçısı Qoloşapovun cavan oğlu Dmitri də gözlənilmədən öldü.
* Hərbi-hava qüvvələri və havadan müdafiə Altıncı ordusunun komandanı Vladimir Sviridov evində arvadı ilə birlikdə ölmüş vəziyyətdə tapıldılar.
* “Transneft”in başçısı Bədəlov keçən həftə 17-ci mərtəbənin pəncərəsindən küçəyə düşdü.
* “Qazprom”la bağlı olan “Lokobank”ın işçisi Kristina Baykova 11-ci mərtəbədən yıxıldı.
* Əlbəttə, ən “şərəfli” ölüm Yevgeni Priqojinin payına düşdü. Onu öldürməkdən ötrü Putinin bütöv təyyarəyə və əlavə raketə də heyfi gəlmədi.
Boris Berezovski, Boris Nemtsov, Aleksey Navalnı... Onlar siyasi müxalifət fəalları idilər. Yandarbiyev Qatarda 10 yaşlı oğlu ilə məsciddən, cümə namazından çıxmışdı. Anna Politkovskaya ifşaedici məqalələr yazırdı...
Skripal Britaniyada mühacir həyatı yaşayırdı. Qızı onun yanına qonaq getmişdi. Putinin iki nəfər cəlladı onları zəhərlədi. Skripallar təsadüfən sağ qaldılar və indi haradasa gizlənirlər.
Hətta ən məşhur simaların (oxu: qurbanların) siyahısı bundan qat-qat çox yer tutar, vaxt aparar. Yerli – regional qurbanlar haqqında məlumat məndə yoxdur. Güman edirəm ki, onların statistikası hələ tamamlanmayıb, cəmləşdirilməyib. Kriminal dəstənin başçısı Vovka-paxan özünün toxunulmazlığına, cəzasızlığına özü də inanır, ayağının altındakı tula məmurlarını, generalları, qara əhalini də inandırıb. İnanmayan, şübhəsi olanların üzünə pəncərələr taybatay açıqdır...
A.ƏZİZ