“İsrail kimi Ukraynaya da çox kömək edirəm” – Donald Tramp

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə müharibə şəraitində olan Ukraynaya "çox kömək etdiyini" bildirib. 

Jul 7, 2025 - 16:05
“İsrail kimi Ukraynaya da çox kömək edirəm” – Donald Tramp

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Tramp “Endryus” aviabazasından Nyu-Cersi ştatına yollanarkən jurnalistlərə bildirib. 

KİV nümayəndəsinin İsrailə kömək etdiyi kimi Ukraynaya niyə kömək etməməsi ilə bağlı sualına ABŞ prezidenti belə cavab verib: “Mən Ukraynaya kömək edirəm, onlara çox kömək edirəm”. 

Tramp bir daha bildirib ki, 2020-ci il seçkiləri “saxtalaşdırılıb” və o zaman o, prezident olsaydı, bu müharibə heç vaxt başlamazdı. 

O, Ukrayna Prezidenti Volodimir Zelenski ilə son telefon danışığından da bəhs edib. “Düşünürəm ki, bu, yaxşı söhbət oldu. O, çox ağır zərbə alıb”.

Tramp bir daha diqqətə çatdırıb ki, rusiyalı həmkarı Vladimir Putinlə söhbətindən çox məyus olub. 

Xatırladaq ki, Pentaqon  Ukraynaya bəzi zenit-raket komplekslərinin və digər döyüş sursatlarının tədarükünü ABŞ-nin silah ehtiyatlarının tükənməsi bəhanəsi ilə dayandırıb. Ağ Ev administrasiyası da bunu təsdiqləyib.

Xatirə SADİQ