Peskovdan Putinin qovduğu nazirlə bağlı açıqlama: "Etimadını..."
Rusiya hava limanlarının kollapsı fonunda ölkə prezidenti nəqliyyat naziri Roman Starovoytu vəzifəsindən azad edib.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, ölkə prezidentinin əmrində istefaya göndərilmənin səbəbi göstərilməyib.
Lakin ASTRA telegram kanalı bu hadisənin Ukrayna dronlarının hücumu nəticəsində Rusiya hava limanlarında yaranmış vəziyyətdən sonra baş verdiyinə diqqəti cəlb edib. Yerli hava limanları təyyarələrin qəbulunu və uçuşunu dayandırmağa məcbur olub.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə Nəqliyyat Nazirliyində baş verən dəyişikliyi şərh edərkən Roman Starovoytun vəzifədən getməsini etimadın itirilməsi ilə əlaqələndirməyib.
“Gördüyünüz kimi, belə ifadə işlədilməyib”, - deyə o, vurğulayıb.
Onun sözlərinə görə, Andrey Nikitin nazirliyin rəhbəri vəzifəsini müvəqqəti icra edən təyin olunub, çünki onun təcrübəsi və keyfiyyətləri “quruma, ən mühüm quruma, onun vəzifə və funksiyalarını yerinə yetirməsinə ən yaxşı töhfə verəcək”.
Kremlin sözçüsü Starovoytun istefasının son günlər hava limanlarında baş vermiş kollapsla və ya Kursk vilayətində müdafiə qurğularının tikintisi ilə bağlı olub-olmadığına aydınlıq gətirməyib. Nəqliyyat Nazirliyinə gələnə qədər Starovoit bölgəyə rəhbərlik edib.
“Söylədiklərimə əlavə edəcəyim heç nə yoxdur. Bir daha təkrar edirəm, fərmanın mətnində “etimadın itirilməsi” ifadəsi yoxdur”, - Peskov yekunlaşdırıb.
Xatirə SADİQ