Peskov Rusiya-Azərbaycan gərginliyindən danışdı: "Belə də qalmalıdır"

“Rusiya Azərbaycanla yaranan problemlərin ikitərəfli münasibətlərin ümumi ruhuna uyğun, konstruktiv şəkildə həll ediləcəyini gözləyir”. 

Jul 7, 2025 - 16:33
Peskov Rusiya-Azərbaycan gərginliyindən danışdı: "Belə də qalmalıdır"

SAVASHMEDİA.az RBC telekanalına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

“Məntiq yalnız bir şeyi deyir: Rusiya və Azərbaycan ortaq tarixin, ortaq bugünün, ortaq gələcəyin birləşdirdiyi ən yaxın tərəfdaşlar, müttəfiqlər və ölkələrdir və belə də qalmalıdırlar”, - deyə Kremlin sözçüsü vurğulayıb.
 
Peskov bildirib ki, rusiyalı diplomatlar Bakı ilə daimi təmasdadırlar və “bütün imkanlardan istifadə edərək” saxlanılan rusların maraqlarını müdafiə edirlər. Azərbaycan tərəfi ilə dialoqu İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin və baş prokuror İqor Krasnov saxlayır. 

Necə deyərlər, “sizi sevirik, siz sevməsəniz də”.

Xatırladaq ki, Bakı ilə Moskva arasında münasibətlər Yekaterinburqda iki azərbaycanlının amansız şəkildə işgəncə ilə qətlə yetirilməsindən, 50 azərbaycanlının zorakı üsullarla saxlanılmasından  sonra gərginləşib. Rəsmi Bakı qonşu ölkənin bütün qeyri-qanuni hərəkətlərini pisləməklə yanaşı, Azərbaycanda qeyri-qanuni fəaliyyət göstərən bir qrup Rusiya vətəndaşlarının, o cümlədən FTX əməkdaşlarının saxlanılmasına qərar verdi. 
  
Xatirə SADİQ