Rusiyada qanunsuz yaşayan azərbaycanlılara vaxt verildi - Aprelin 30-a qədər...
Rusiya prezidenti Vladimir Putin ölkədə qeyri-qanuni yaşayan miqrantların Rusiyanı tərk etmələri və ya qalmalarını leqallaşdırmaq barədə fərman imzalayıb.
SAVASHMEDİA.az-ın xəbərinə görə, bu tədbirlərin həyata keçirilməsi üçün son tarix kimi 30 aprel 2025-ci il göstərilib.
Xatırladaq ki, Rusiya ərazisində qalmaq üçün qanuni əsası olmayan əcnəbi vətəndaşlara xüsusi rejim tətbiq olunacaq. Həmin əcnəbilərin ölkədəki varlığı leqallaşdırılana və ya deportasiya edilənə qədər onların nəzarət edilən şəxslərin reyestrinə daxil ediləcəyi bildirilir.
Buna qədər isə Putin qeyri-qanuni miqrasiyanın təşkilini xüsusi ağır cinayətlər kimi təsnif edən bir sıra qanunlar imzalayıb. Qanunun pozulması əmlakın müsadirəsi ilə cəzalandırılır.
Bununla belə, Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamış miqrantlar üçün güzəştlər edilib.
Məlumat üçün bildirək ki, Rusiyada qeyri-qanuni əsaslarla yaşayan on minlərlə azərbaycanlının da olduğu deyilir.
Oğuz