Rusiyanın müəllifliyi ilə yeni valyuta yaradılır - "BRİKS pulu" Azərbaycanda da işləyəcək?

Oktyabrın 22-24-ü aralığında Kazanda BRİCS sammiti keçiriləcək.

Oct 18, 2024 - 16:57
Oct 18, 2024 - 17:03
Rusiyanın müəllifliyi ilə yeni valyuta yaradılır - "BRİKS pulu" Azərbaycanda da işləyəcək?

Bəzi rusiyalı ekspertlər və ölkə mediası adıçəkilən təşkilatın vahid valyuta sisteminin yaradıla biləcəyinə dair müzakirələr aparır. Azərbaycanın da üzvlük üçün rəsmi müraciət etdiyi təşkilatın bu ideyanı reallaşdırması nə dərəcədə uğurlu ola bilər?

Mövzu ilə bağlı SAVASHMEDİA.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirdib ki, dünya ölkələrinin BRİCS-ə marağı getdikcə artır:

"Vahid valyuta sisteminin yaradılması uğurlu ola bilər. Çünki BRİCS  “Böyük yeddilik” (G7) kimi dünyanın iqtisadi güc mərkəzlərindən biridir. Əhali sayına görə isə G7-dən daha böyükdür. Təşkilatlar arasındakı iqtisadi gücü müqayisə etsək, demək olar ki, bərabərdir. BRİCS getdikcə genişlənir. Ərəb və OPEC ölkələri də bu prosesdə maraqlıdırlar. Azərbaycan da rəsmi üzvlük üçün müraciət edib. Vahid valyuta sisteminin yaradılmasını Rusiyanın sanksiyalardan yayınmaq cəhdləri kimi qiymətləndirmək doğru deyil".

Ekspert qeyd edib ki, bir çox ölkələr hazırkı nizamdan narazıdır:

"Təşkilata daxil olan ölkələr sürətlə böyüyür. Buna görə də alternativ sistem yaratmaq ideyasını irəli sürüblər. Qeyd etdiyim kimi, bu, kifayət qədər uğurlu ola bilər. Çünki həmin dövlətlər ciddi iqtisadi potensiala malikdirlər. Lakin BRİCS-lə bağlı bir neçə problem var. Bunlardan biri də üzvlük və təşkilatdan imtina məsələsinin hələ də hüquqi cəhətdən tənzimlənməməsidir. Bundan başqa, hələ təşkilati strukturları tam formalaşmayıb və katibliyi yoxdur".

Oğuz