Sabah bu rayonda qaz olmayacaq

“Yaqublu QPS qolu qaz kəməri”nin 15-ci km-də yaranmış qaz sızmalarının ləğvi ilə əlaqədar sabah saat 10:00-dan etibarən “Oğuz (Yaqublu)” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır. 

May 6, 2025 - 20:55
Sabah bu rayonda qaz olmayacaq

Bu barədə SAVASHMEDİA.az-a “Azəriqaz” İB-dən bildirilib.

Bununla əlaqədar Oğuz şəhər mərkəzi daxil olmaqla və rayonun 23 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.