Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ!
Abşeron çimərliklərində avqustun 8-də gözlənilən hava şəraiti açıqlanıb.
SAVASHMEDİA.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 29-30° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 30-31° isti olacaq.