Şahan ailəsi ilə birgə İngiltərəyə köçdü - FOTOLAR
Türkiyənin məşhur komediya aktyoru Şahan Gökbakar İngiltərəyə köçüb.
SAVASHMEDİA.az xəbər verir ki, o bu qərarı övladlarının təhsili üçün verib.
Ş. Gökbakar oğlu Deniz Efe və qızı Elanın daha yaxşı təhsil alması üçün bir ay əvvəl onları Londonda məktəbə yazdırıb. Aktyor özü də ailəsi ilə birgə İngiltərədə yaşamağa qərar verib. Ancaq film çəkilişləri üçün vaxtaşırı Türkiyəyə səfər edəcək.
Qeyd edək ki, Şahan Gökbakar ssenarisini yazıb baş rolda özü çəkildiyi “Recep İvedik” serialı ilə məşhurlaşıb. Gökbakar həmçinin “Celal ile Ceren”, “Osman Pazarlama”, “Kayhan”, “Erdal ile Ece” komediya filmlərində də baş rolları ifa edib.
Banu