Şahin Şıxlinski azadlıqda - Saxlanılması xəbəri təsdiqlənmədi

İki gün öncə Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin Moskvada saxlanılması haqda xəbər təsdiqini tapmayıb.

Aug 4, 2025 - 20:28
Şahin Şıxlinski azadlıqda - Saxlanılması xəbəri təsdiqlənmədi

SAVASHMEDİA.az xatırladır ki, Şıxlinskinin saxlanılması xəbərini Rusiya mətbuatı yaysa da, ötən 2 gün ərzində məlumat rəsmi şəkildə təsdiqlənməyib.

Bu gün isə Moskva şəhərinin Basman rayon məhkəməsinin Şahin Şıxlinski barədə qiyabi məhkəmə hökmü elan etməsi onun saxlanılmadığını isbatlayır. Hər halda məhkəmə saxlanılan şəxs barəsində qiyabi hökm çıxarmazdı. 

Xatırladaq ki, Şıxlinski Rusiya dövlət məmurunu öldürməkdə və ona qarşı fiziki zorakılıq göstərməkdə təqsirləndirilir. Diaspor rəhbəri isə ona qarşı irəli sürülən bu ağır ittihamları qəbul etmir və özünü tamamilə günahsız hesab edir.

Səlcuq