Salome Zurabişvili kabinetindən zorla çıxarılacaq? - Kobaxidzedən "bunu edəcəyik" açıqlaması
Gürcüstanda etiraz aksiyaları zamanı saxlanılanlar arasında “xarici təlimatçılar” da var.
SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
“Parlament binasına qanunsuz daxil olan Böyük Britaniya vətəndaşı saxlanılıb. Biz zorakı qruplara rəhbərlik edən əcnəbi təlimçilərlə bağlı araşdırmalar aparılacaq. Bu, müstəntiqlərin işidir”, - Kobaxidze bildirib.
O, Gürcüstan prezidenti Salome Zurabişvilinin səlahiyyət müddəti başa çatdıqdan sonra istefa verməkdən imtina etməsinə dı münasibət bildirib:
“Xanım Salome Zurabişvilinin dörd cümə günü qalıb, bununla barışa bilmir. Mən onun emosional vəziyyətini başa düşürəm. Bununla belə o, dekabrın 29-da o, iqamətgahı tərk etməli və binanı qanuni seçilmiş prezidentə verməli olacaq".
Oğuz