Putin Paşinyana "belə olmaz" dedi, cavabını aldı - Kremldə GƏRGİN GÖRÜŞ
Rusiya Ermənistanın Avropa İttifaqı (Aİ) ilə münasibətlərinin inkişafına sakit yanaşır, lakin İrəvan eyni vaxtda iki gömrük ittifaqında ola bilməyəcək.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə bildirib.
"Biz görürük ki, Ermənistanda Avropa İttifaqı ilə münasibətlərin inkişafı barədə müzakirələr gedir. Biz buna tamamilə sakit yanaşırıq. Başa düşürük ki, hər bir ölkə üçüncü ölkələrlə əməkdaşlıqdan maksimum üstünlüklər əldə etməyə çalışır. Lakin bu, aydın və ədalətli olmalıdır, necə deyərlər, əvvəlcədən, hələ işin başında deyilməlidir: Eyni zamanda Aİ və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə gömrük ittifaqında olmaq qeyri-mümkündür. Bu, sadəcə olaraq mahiyyətcə mümkün deyil. Məsələ heç siyasətdə də deyil, məsələ sırf iqtisadi xarakter daşıyır", - Rusiya lideri deyib.
Öz növbəsində, Paşinyan qeyd edib ki, Ermənistan Aİİ və Aİ-yə üzvlüyün uzlaşmadığını başa düşür, lakin hələ ki bu proseslər seçim etmək lazım olan nöqtəyə çatmayıb:
"Biz başa düşürük ki, Aİ və Aİİ-yə üzvlük uzlaşmır. Vaxtı gələrsə, Ermənistan xalqı öz qərarını verəcək. Əlbəttə, bu, Ermənistan-Rusiya münasibətlərinə zərər vurmamalıdır".
Aytən