Sanksiyaya məruz qalan Poroşenkodan reaksiya
Milli Təhlükəsizlik və Müdafiə Şurası Ukraynanın beşinci prezidenti, deputat Pyotr Poroşenkoya qarşı sanksiya tətbiq etmək qərarına gəlib.
SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasındakı mənbələr bildiriblər.
Poroşenko bu qərarı “daxili birliyə böyük zərbə” adlandırıb.
Sanksiyalar Ukrayna prezidentinin fərmanı imzalandıqdan sonra qüvvəyə minir.
Prezident Vladimir Zelenski fevralın 12-də Radanın iclasından sonra axşam videomüraciətində ad çəkmədən Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiyalarını açıqlayıb.
“Biz dövlətimizi müdafiə edirik və ədaləti bərpa edirik: Ukraynanın milli təhlükəsizliyini məhv edən və Rusiyaya kömək edən hər kəs cavab verməlidir. Ukraynanı, Ukraynanın maraqlarını, Ukrayna təhlükəsizliyini faktiki satmaqla qazanılan milyardların qarşısı alınmalı, Ukraynanın və ukraynalıların müdafiəsi üçün çalışmalıdır. Və bu olacaq. Mütləq”, - deyə Zelenski vurğulayıb.
Xatirə SADİQ