"Səfir bizə dedi ki, Rusiya ilə döyüşün" - Kaxa Kaladze
2022-ci ildə Ukraynada döyüşlər başlanandan sonra Qərb ölkələrinin birinin səfiri Gürcüstana Rusiyaya qarşı müharibə başlatmağı təklif edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə hakim "Gürcü arzusu" Partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze Gürcüstanın "İmedi" telekanalına müsahibəsində bildirib.
“Siz 10 gün dözün, sonra partizan mübarizəsinə keçin”, - Kaladzenin sözlərinə görə səfir belə deyib.
O əlavə edib ki, həmin dövrdə baş nazir vəzifəsini İrakli Qaribaşvili tutub. Kaladze sözügedən səfirin hansı ölkəni təmsil etdiyini açıqlamayıb.