"Səhhəti ağırlaşsa da Əsma Əsədi Londona buraxmayacağıq" - Böyük Britaniya XİN rəhbəri
Britaniya Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsmanın Böyük Britaniyaya qayıtmasına icazə verilməyəcək.
SAVASHMEDİA.az-ın xəbərinə görə bunu Böyük Britaniyanın Xarici İşlər naziri Devid Lemmi bildirib.
Nazir deyib ki, Səmra Əsədin səhhətinin durumundan asılı olmayaraq qərar dəyişməyəcək:
“Biz Əsma Əsədin ölkəyə qayıtmasına icazə verməyəcəyik və bu qərara onun sağlıq durumu təsir göstərə bilməz".
Məlumat üçün bildirək ki, Əsədin həyat yoldaşının leykoz xəstəliyinə tutulduğu, onun sağ qalma şansının tədricən azaldığı iddia olunur.
Bu gün isə İsrail mətbuatında onun müalicə aldığı özəl klinikaların birində vəfat etdiyi haqda informasiya yayılsa da, bu, təsdiq olunmayıb.
Eyni zamanda bir müddət öncə mediada Moskvada olan Əsmanın Bəşər Əsəddən boşanaraq Böyük Britaniyaya qayıtmağı planlaşdırdığı barədə xəbərlər yayılıb.
Həm Britaniya, həm də Suriya vətəndaşı olan Əsma Əsəd Londonda suriyalı ailədə doğulub. 2000-ci ildə Suriyaya köçüb və elə həmin il Bəşər Əsədlə ailə həyatı qurub.
Səlcuq