Şəkəri və təzyiqi tənzimləyir, arıqladır... - Armud
Armud dadı ilə yanaşı faydası ilə də vazkeçilməzdir. Tərkibində bol miqdarda su, lif, vitamin və antioksidantlar olduğu üçün həm sağlamlıq, həm də pəhriz baxımından olduqca dəyərlidir.
SAVASHMEDİA.az armudun faydalarını təqdim edir:
Həzm sisteminə faydalıdır
Yüksək lif tərkibi (xüsusilə sellüloza) sayəsində bağırsaqların hərəkətini artırır.Qəbizliyi aradan qaldırmağa kömək edir.Sağlam bağırsaq florasının qorunmasına dəstək olur.
İmmunitet sistemini gücləndirir
Tərkibindəki C vitamini və antioksidantlar orqanizmin virus və bakteriyalara qarşı müqavimətini artırır.
Qan təzyiqini tənzimləyir
Armudda olan kalium maddəsi qan damarlarını genişləndirir və təzyiqin aşağı düşməsinə kömək edir.
Ürək-damar sağlamlığına müsbət təsir göstərir
Antioksidantlar və lif ürək xəstəlikləri riskini azaldır.Pis xolesterinin (LDL) səviyyəsini aşağı salır.
Arıqlamağa kömək edir
Az kalorili və yüksək lifli olduğu üçün uzun müddət toxluq hissi verir. Pəhrizlər üçün ideal meyvədir.
Dəriyə və saçlara faydalıdır
Tərkibindəki C vitamini və mis kimi minerallar kollagen istehsalını dəstəkləyir. Dərinin elastikliyini və sağlamlığını qoruyur.
Qan şəkərini tənzimləyir
Glisemik indeksi aşağıdır, yəni qan şəkərini sürətlə yüksəltmir.Şəkərli diabet xəstələri üçün nisbətən daha uyğundur (müddətli və nəzarətli istifadədə).
Banu