Serdar Ortaç keçmiş xanımından belə intiqam aldı - "Zibil paketlərinə..."
Türkiyənin məşhur müğənnisi Serdar Ortaç keçmiş həyat yoldaşı Xloya Loxnandan intiqam alıb.
SAVASHMEDİA.az xəbər verir ki, müğənni boşandıqdan sonra Loxnana 1 milyon lirə təzminat ödəməli olub. Lakin müğənni maddi sıxıntılar içində olduğu üçün həmin məbləği dörd dəfəyə ödəyə biləcəyini bildirib. Xloya Loxnan təklifə razılaşsa da, daha sonra müğənninin mülkiyyətini müsadirə etdirib.
S.Ortaç buna əsəbiləşib və Loxananın evdə qalan bütün brend çanta və ayaqabılarını 7 zibil paketinə qoydurub. Sürücüsünə “İstanbulun gecəqondu məhəllələrindəki ehtiyacı olan insanlara payla” deyib.
Qeyd edək ki, Serdar Ortaç irlandiyalı model Xloya Loxnanla 2014-cü ildə ailə qurub. Cütlük 2019-cu ildə boşanıb.
Banu