Soyuducu niyə zəif soyudur? - Bunu yoxlayın
Soyuducu zəif soyutmağa başlayanda çoxları dərhal nasazlıq olduğunu düşünür. Lakin halların təxminən yarısında səbəb daha sadə olur və usta çağırmağa ehtiyac qalmır.
Məişət texnikası üzrə mütəxəssislər bildirirlər ki, problem çox vaxt qapıdakı rezin sıxlaşdırıcı (upotnitel) ilə bağlı olur. Məhz onun vəziyyəti soyuducunun nə qədər effektiv işlədiyini müəyyən edir.
Əgər rezin elastikliyini itiribsə, qapı tam bağlanmır. Soyuq hava çölə çıxır, kompressor isə fasiləsiz işləyərək yüklənir. Rezin sıxlaşdırıcını yoxlamaq çox asandır. Qapı ilə korpus arasına adi bir kağız vərəqi qoyun və qapını bağlayın. Əgər kağız asanlıqla çıxırsa, deməli hermetiklik pozulub.
Hətta kiçik bir boşluq belə soyuducunun lazımi temperaturu toplamasına mane olur. Cihaz daim itirilən soyuğu kompensasiya etməyə çalışır. Nəticədə kompressor demək olar ki, dayanmadan işləyir. Bu isə həm elektrik sərfiyyatını artırır, həm də texnikanın daha tez köhnəlməsinə səbəb olur. Sıxlaşdırıcı zamanla, istidən və ya düzgün təmizlənməmədən deformasiyaya uğraya bilər. Bəzən isə qapıya ağır əşya toxunması nəticəsində zədələnir. Əgər rezin çirklidirsə, o da lazımi şəkildə yapışmır. Yağ və toz nazik bir qat yaradaraq tam bağlanmanı pozur. Mütəxəssislər sıxlaşdırıcını mütəmadi olaraq ilıq su və yumşaq yuyucu vasitə ilə silməyi tövsiyə edirlər. Bu, həm xidmət müddətini uzadır, həm də hermetikliyi yaxşılaşdırır. Bəzi hallarda rezini fenlə yüngülcə qızdırmaq elastikliyi bərpa etməyə və xırda deformasiyaları aradan qaldırmağa kömək edə bilər.
Lakin rezin cırılıbsa, onu dəyişmək lazımdır. Bu detal baha deyil və çox vaxt onu müstəqil şəkildə quraşdırmaq mümkündür. Soyutma problemləri çox zaman məhz qapının hermetik olmaması ilə bağlı olur. İnsanlar isə səbəb göz qabağında olduğu halda ustaya pul xərcləyirlər. Əgər sıxlaşdırıcı qaydasındadırsa, soyuducunun ətrafındakı havalandırmanı da yoxlamaq lazımdır. Korpusun həddindən artıq qızması da effektivliyi azalda bilər. Lakin əksər hallarda problem sadə qapı yoxlanışı ilə həll olunur və soyuducu yenidən normal rejimdə işləməyə başlayır.