“Sprut” serialının məşhur aktyoru vəfat etdi
“Sprut” serialındakı “Tano Cariddi” obrazı ilə tanınan, məşhur italyan aktyoru Remo Cirone 76 yaşında vəfat edib.
SAVASHMEDİA.az xəbər veir ki, o, Monakodakı evində, həyat yoldaşı, aktrisa Viktoria Zinni ilə birlikdə yaşadığı evdə dünyasını dəyişib.
Kino sahəsində də tanınmış sima olan Cirone, “Ford v Ferrari” (2019) filmində “Enzo Ferrari” obrazını ifa edib.
Həmçinin, “Live by Night” və “The Equalizer 3” kimi beynəlxalq layihələrdə də rol alıb.