“Survivor Turabi”nin adı polisin öldüyü cinayət işində - “Silahı mənə...”
İstanbulda bir polisin həlak olduğu əməliyyatda cinayətkarların istifadə etdiyi silahın qeyri-qanuni yollarla əldə olunduğu ortaya çıxıb.
SAVASHMEDİA.az xəbər verir ki, cinayət işi ilə bağlı hazırlanan iddianamədə “Survivor Türkiye” yarışması ilə məşhurlaşan Turabi Çamkıranın da adı keçir.
Məlumata görə, Turabi Çamkıran sevgilisinə Türkiyədə qanuni istehsalı olmayan UTAŞ markalı silah sifarişi verib.
Saxlanılan şəxslərdən biri olan Mevlüt Şeker onun nömrəsini telefonuna "Turbo-Turbo” kimi yazıb.
İddianamədə yer alan protokollarda Turabinin Şekerlə yazışmaları da qeyd edilib. Yazışmalarda Turabi Şekere silahı ona necə təslim edəcəyini başa salıb. Çamkıran Şekerdən silahla hotelin foyesinə girməməsini, silahı ondan hoteldən kənarda təslim alacağını bildirib.
Xatırladaq ki, Turabi Çamkıran dörd dəfə “Survivor Türkiye” yarışmasına qatılıb. İki dəfə çempion olub, bir dəfə yarışı 5-ciliklə bitirib. 2024-cü ildə isə zədələndiyi üçün yarışmanı tərk etmək məcburiyyətində qalıb.Turabinin yarışmada ləqəbi "Turbo Turabi" olub.
Banu