"Tamstore"nin Ağdaşda qəzaya düşən əməkdaşı vəfat etdi
Ağdaşda qəzaya düşən "Tamstore" əməkdaşından biri dünyasını dəyişib.
SAVASHMEDİA.az xəbər verir ki, iki gün öncə Yuxarı Nemətabad kəndi yaxınlığında iki avtomobilin iştirakı ilə baş verən yol qəzası zaman 4 yaralı xəstəxanaya çatdırılımışdı.
Onlardan biri, "VAZ" markalı avtomobilin sürücüsü, 2002-ci il təvəllüdlü Sarvan Hüseynovun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib.