"Telefonumda o şəkli görəndə, farsca dedilər ki, bunu təcili..." - İranda saxlanılan xanəndəmiz
Azərbaycanın məşhur xanəndəsi, Əməkdar müəllim Qəzənfər Abbasov İrandan Bakıya gələrkən hava limanında saxlanılıb.
SAVASHMEDİA.az xəbər verir ki, Qəzənfər Abbasov manset.az-a açıqlamasında saxlanıldığına görə, təyyarəyə də minə bilmədiyini deyib:
"İranda konsertimiz baş tutdu. Eyni zamanda orada ustad dərsləri verdim. Bakıya gələrkən hava limanında məni saxladılar. Çoxlu sorğu-sual etdilər, daha sonra telefonumu əlimdən aldılar. Mənim burada da iranlı tələbələrim var. Onlarla telefon danışıqlarımı yoxladılar.
Telefonuma baxanda mənim və tələbəmin İran Prezidenti Məsud Pezeşkianla çəkilən şəkillərini gördülər. Bundan sonra münasibətləri dəyişdi. Dərhal bilet alıb məni yola salması üçün köməkçiyə farsca göstəriş verdilər. Təyyarəm isə artıq uçmuşdu. Problemli adam deyiləm, müəlliməm, xanəndəyəm. Məni niyə saxladıqlarını başa düşmədim. Hazırda gəlmişəm, Bakıdayam, işlərimlə məşğulam".