Telegram-ın qurucusu süni intellekt mərkəzi açır - Qazaxıstanda 

Rusiyanın ən zəngin iş adamlarından biri, Telegram-ın qurucusu Pavel Durov Qazaxıstanda öz süni intellekt laboratoriyasını işə salacaq. 

Oct 2, 2025 - 16:03
Telegram-ın qurucusu süni intellekt mərkəzi açır - Qazaxıstanda 

SAVASHMEDİA.az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, Durov bu barədə Astanada keçirilən “Digital Bridge” forumunda elan edib. 

Durovun sözlərinə görə, o, Qazaxıstanla blokçeyn və neyron şəbəkələrini birləşdirəcək yeni texnologiya üzərində işləyəcək. “Bu texnologiya bir milyarddan çox insana süni intellekt funksiyalarından istifadə etməyə imkan verəcək”, - deyə biznesmen bildirib. 

Qeyd edilir ki, bu, Telegram-ın qurucusunun Qazaxıstana ilk səfəri deyil. Keçən ilin iyununda o, hakimiyyətin dəvəti ilə ölkəyə səfər edib. Həmin vaxt Astana Beynəlxalq Maliyyə Mərkəzinin (AFSA) nizamlayıcısı Durovun iştirakı ilə yaradılmış Toncoin kriptovalyutasının ölkənin lisenziyalı birjalarında satışa buraxılmasınə təsdiqləyib.

Xatirə SADİQ