"Təranənin ayağını da yuyaram, masaj da edərəm, təki..." - Musa + VİDEO

Müğənni Musa Musayev qalmaqallı açıqlaması ilə yenidən gündəm olub.

Oct 3, 2025 - 14:41
"Təranənin ayağını da yuyaram, masaj da edərəm, təki..." - Musa + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, aparıcı Zaur Nəbioğlu verilişində qonaq olan müğənni Təranə Qumrala “Musa bəyin ayağını yumusunuzmu?” sualını verib.  

Musa Musayev “yox yumayıb, mən heç qoymaram ki, o, mənim ayağımı yusun. Amma mən onun ayağını yuyaram da, masaj da edərəm. Təki ayaqları ağrımasın”, deyib.

Cavabdan şoka düşən aparıcıya Musa Musayev “Sən evdə həyat yoldaşının ayağını yumazsan?” sualını verib.

Zaur Nəbioğlu “Xanımımın ayağını mən niyə yuyum? Yumaram. Atamın, anamın ayağını yuyaram” deyib. Musa Musayev isə ona “Xanımın ayağını sevə-sevə yumalısan” deyərək irad bildirib.

Zaur Nəbioğlu daha sonra eyni sualı yenidən Təranə Qumrala ünvanlayıb.

“Nə olursa-olsun, yumaram. Mən iyrənən adamam, ayaq yuyum filan, mənlik deyil, iyrənirəm” – T. Qumral bildirib.

Banu