Təyyarə hasara çırpıldı - 124 nəfər həlak oldu
Cənubi Koreyanın Muan hava limanında təyyarə qəzaya uğrayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Belə ki, Banqkokdan gələn təyyarə eniş zolağından kənara çıxıb və hasara çırpılıb.
“Jeju Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Cənubi Koreyanın cənub-qərbindəki Muan beynəlxalq hava limanına enərkən qəzaya uğrayıb.
Agentlik yazır ki, Banqkokdan səmaya qalxan, içərisində 175 sərnişin və 6 ekipaj üzvü olan təyyarə Seuldan 288 kilometr aralıda, Cənubi Çolla əyalətində yerləşən Muan hava limanına enərkən qəzaya uğrayıb.
Qəza nəticəsində 124 nəfər həlak olub.
Təyyarənin göyərtəsində altısı ekipaj üzvü olmaqla ümumilikdə 181 nəfər olub.