Təyyarə ilə toqquşan helikopteri qadın idarə edib

Vaşinqton səmasında sərnişin təyyarəsi ilə toqquşan “Black Hawk” hərbi helikopterini qadın pilot idarə edib. 

Jan 31, 2025 - 13:35
Təyyarə ilə toqquşan helikopteri qadın idarə edib

SAVASHMEDİA.az xəbəbr verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb. 

Məlum olub ki, qadın pilotun 500 saat müddəti olub. 

ABŞ ordusunun istefada olan zabiti Conatan Koziol helikopter heyətini “çox təcrübəli komanda” adlandırıb. O, qeyd edib ki, təyyarədə qadın pilotla yanaşı, təlimatçı pilot və ekipaj komandiri də olub. Pilot təlimatçısı 1000 saatdan çox, ekipaj komandiri isə yüzlərlə saat uçuş təcrübəsinə malik olub. 

Koziol bildirib ki, təlim uçuşları zamanı helikopteri qiymətləndirilən pilot idarə edir, lakin fövqəladə vəziyyətdə təlimatçı idarəetməni öz üzərinə götürməlidir.

Xatırladaq ki, yanvarın 29-da “Bombardier” təyyarəsi səmada hərbi helikopterlə toqquşub. Təyyarədə 60 sərnişin və dörd ekipaj üzvü, helikopterdə isə üç hərbçi olub. Hər iki hava gəmisi parçalanmış vəziyyətdə Potomak çayına düşüb. 

ABŞ prezidenti Donald Tramp aviaqəza nəticəsində sağ qalanların olmadığını bildirib.

“The New York Times” ABŞ ordusunun rəsmilərinə istinadla yazıb ki, “Black Hawk” Vaşinqtonda hava limanı yaxınlığında təlim uçuşu həyata keçirirmiş. Çünki bu helikopterlər tez-tez Ağ Ev nümayəndələrini, konqresmenləri və digər yüksək rütbəli məmurları daşımaq üçün istifadə olunur.

Xatirə SADİQ