Təyyarə qəzasında ölənlərin sayı açıqlandı

Aktau yaxınlığında AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub.

Dec 25, 2024 - 19:56
Təyyarə qəzasında ölənlərin sayı açıqlandı

SAVASHMEDİA.az xəbər veri ki, bu barədə “Tengri.news.ks” Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayevə istinadən məlumat yayıb.

“Cəsədlərin əksəriyyəti tanınmaz haldadır, əsasən yanıblar, hamısı yığılıb, indi morqda identifikasiya olacaq”, - deyə Bozumbayev bildirib.

Bozumbayev onu da bildirib ki, 29 nəfər, o cümlədən iki uşaq qəza nəticəsində xəsarət alıb, yaralılardan 11-nin vəziyyəti ağır, yerdə qalanların isə vəziyyəti orta-ağır qiymətləndirilir.