"Toplum TV" işinə görə daha bir həbs

"Toplum TV" işi ilə bağlı təqsirləndirilən və barəsində polis nəzarəti qətimkan tədbiri seçilmiş Fərid İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.

Jan 17, 2025 - 15:24
"Toplum TV" işinə görə daha bir həbs

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Xətai rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən Fərid İsmayılov barəsində 2 ay 20 gün müddətinə qətimkan tədbiri seçilib.