Toydan 2 yaşlı uşağı oğurlayıb evə qaçdı, iti açıb... - Ağstafada olay

Toydan 2 yaşlı uşağı qaçıran şəxsi polis saxlayıb.

Apr 20, 2025 - 00:12
Toydan 2 yaşlı uşağı oğurlayıb evə qaçdı, iti açıb... - Ağstafada olay

SAVASHMEDİA.az xəbər verir ki, aprelin 19-da Ağstafa rayon Aşağı Göycəli kəndi ərazisində keçirilmiş toy mərasimindən 2 yaşlı qız uşağının qaçırılması barədə məlumatlar yayılıb.

Məlumata görə, 57 yaşlı Telman Omarov uşağı qaçıraraq yaşadığı evə gətirib, onu almaq üçün gələn valideynlərinin üzərinə həyətdə saxladığı iti buraxıb.

Sərxoş vəziyyətdə olan kişi polis əməkdaşları tərəfindən saxlanılıb, uşaq valideynlərinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.