Toyuq ətindən 133 nəfər zəhərləndi
Türkiyənin Samsun şəhərində qidadan zəhərlənənlərin sayı 133 nəfərə çatıb.
SAVASHMEDİA.az xəbər verir ki, fabrikdə çalışan işçilər yedikləri toyuq ətindən zəhərləniblər.
Məlumata görə, sənaye zonasında yerləşən fabriklərin işçiləri günorta yeməyində eyni iaşə obyektindən südlü şirniyyat, toyuq şorbası və düyü yeyən işçilər qusma, mədə ağrısı və halsızlıq şikayətləri ilə xəstəxanalara müraciət ediblər.
Hazırda onların müalicəsi bir neçə xəstəxanada davam etdirilir.