Tramp arvadının şilləsinə görə Makrona zəng vurdu - "Qapını bağlı saxlayın"
ABŞ Prezidenti Donald Tramp Fransa lideri Emmanuel Makronun həyat yoldaşının onun üzünə şillə vurmasına münasibət bildirib.
Tramp bu haqda Ağ Evdə keçirdiyi mətbuat konfransında danışıb.
Eyni zamanda Amerika Prezidenti Fransa lideri ilə telefonla danışdığını bildirib. O vurğulayıb ki, Makron cütlüyünün münasibəti hazırda qaydasındadır.
“Nə baş verdiyini bilmirəm, amma sizə qapını bağlı saxlamağı məsləhət görürəm”, - Ağ Evin rəhbəri bildirib. (qafqazinfo)