Tramp bu ölkəni NATO-dan qovmaq istəyir
ABŞ Avropada öz qoşunlarının sayını azaltmaq niyyətində deyil.
SAVASHMEDİA.az-ın məlumatına görə, bu barədə ölkə prezidenti Donald Tramp finlandiyalı həmkarı Aleksander Stubbla görüşün əvvəlində jurnalistlərin suallarını cavablandırarkən danışıb.
"Xeyr, amma biz onların yerlərini bir qədər dəyişə bilərik, - Tramp ABŞ qoşunlarının Avropada azaldılması ehtimalı barədə suala cavab olaraq bəyan edib.
O həmçinin qeyd edib ki, kifayət qədər yüksək olmayan hərbi xərclər səviyyəsinə görə İspaniyanı NATO-nun tərkibindən çıxarmaq lazımdır.
"Onların bunu etməmək (müdafiə xərclərini artırmaq - red.) üçün əsasları yoxdur. Amma heç nə. Açıq desək, onları, bəlkə də, NATO-dan qovmaq lazımdır", - amerikalı lider deyib.