"Ey Tramp, o quduz iti bağlamağa ipin yoxdursa, biz göndərək" - İrandan TƏHQİR
İranın Cənubi Afrikadakı səfirliyi İsraili təhqir edib.
SAVASHMEDİA.az xəbər verir ki, səfirlik Trampa müraciət edərək İsraili iplə bağlamağa çağırıb.
“Ey Tramp, əgər quduz it olan İsrail üçün ipin yoxdursa, onu sənin üçün biz tapaq?” – səfirlik qeyd edib.
Donald Tramp
Xatırladaq ki, bir gün öncə İranın “Tasnim” agentliyi İsrail Livana hücumları dayandırmasa, Tehranın atəşkəs razılaşmasını pozacağını bildirib. Bu zaman da İran tərəfi siyasi ritorikanı aşaraq təhqirə baş vurub:
“İsrail Livana hücumlarını davam etdirərək atəşkəsi pozmağa davam edərsə, İran razılaşmadan çıxacaq. Əgər ABŞ bölgədəki təcavüzkar itini cilovlaya bilməsə, İran onlara hər cür kömək edəcək! O cümlədən, güc yolu ilə”.
Banu