Tramp öz başını başlara qoşdu - FOTO

Tramp öz iqamətgahında başının həkk olunduğu Raşmor dağı formasında heykəl saxlayır. 

Mar 17, 2025 - 11:58
Tramp öz başını başlara qoşdu - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın iqamətgahı olan Mar-a-Laqoda keçirilən sərgidə Trampın başının da həkk olunduğu Raşmor dağının qızılı heykəli nümayiş etdirilib.

Raşmor dağı Cənubi Dakotada yerləşir. O, üzərində dörd ABŞ prezidentinin heykəltəraşlıq portretlərini özündə əks etdirən 18,6 m hündürlüyündə barelyef həkk olunması ilə məşhurdur. 

Bu prezidentlər Corc Vaşinqton, Tomas Cefferson, Teodor Ruzvelt və Abraham Linkolndur. 

Xatirə SADİQ