"Tramp Putini ona məcbur edəcək ki..." - ABŞ-nin Azərbaycandakı keçmiş səfiri

Kreml Ukrayna üçün məqbul olan sülh planına razı olmasa, ABŞ prezidenti Donald Tramp Rusiyaya iqtisadi təzyiqi əhəmiyyətli dərəcədə artıracaq. 

Feb 1, 2025 - 18:25
"Tramp Putini ona məcbur edəcək ki..." - ABŞ-nin Azərbaycandakı keçmiş səfiri

SAVASHMEDİA.az-ın məlumatına görə, bunu ABŞ dövlət katibinin keçmiş müşaviri, ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

Diplomatın sözlərinə görə, indi Amerika lideri Rusiya prezidenti Vladimir Putini ən “radikal məqsədlərindən” əl çəkməyə məcbur etməyə çalışır. 

Metyu Brayza Trampın Rusiya üzərində ciddi təsir rıçaqlarına malik olduğuna və eyni zamanda Ukraynadan həddən artıq güzəşt gözləyə bilməyəcəyini dərk etdiyini bildirib: 

"Və əgər Putin Ukrayna üçün məqbul olan sülh yolu ilə nizamlanma ilə razılaşmasa, ABŞ sərt tariflər tətbiq edəcək. Rusiya iqtisadiyyatının onsuz da çətin vəziyyətini nəzərə alaraq, Tramp hesab edir ki, o, ABŞ-nin maksimal iqtisadi təzyiqinə tab gətirə bilməyəcək. Tramp uzun müddətdir ki, Putini ən radikal məqsədlərindən, xüsusən də Ukraynanın bəzi hissələri üzərində nəzarəti saxlamaqdan və ya suverenlik iddialarından əl çəkməyə məcbur etmək istəyir”.

Oğuz