Tramp Zelenskiyə bu sözlərinə görə hirslənibmiş - Vitse-prezident açıqladı
ABŞ-nin vitse-prezidenti J.D.Vens Ukrayna prezidentini Donald Trampa “hücum” etməməsi barədə xəbərdarlıq edib.
SAVASHMEDİA.az-ın xəbərinə görə, Vens ABŞ prezidentinə“palçıq atmağn” əks nəticə verəcəyini deyib.
O, Zelenskinin yeni administrasiya ilə necə davranacağı ilə bağlı “pis məsləhət” aldığını bildirib:
"Zelenskinin mediaya verdiyi açıqlamalarla ABŞ prezidentinin fikrini dəyişdirəcəyini düşünməsi yanlışdır".
"Biz Ukrayna xalqını sevirik. Ukraynalı əsgərlərin şücaətinə heyranıq, lakin o düşüncədəyik ki, bu müharibə tezliklə başa çatmalıdır", - o, əlavə edib.
ABŞ-nin vitse-prezidenti Zelenskinin Trampla bağlı ittihamlarının əsassız olduğunu deyib:
"Bu, ABŞ prezidentinin siyasətidir. Bu siyasət Rusiyanın dezinformasiyasına əsaslanmır. Bu siyasət Donald Trampın geosiyasət haqqında biliklərinə əsaslanır".
Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski Trampın Rusiyanın yaratdığı “dezinformasiya məkanında” yaşadığını bildirib.
Oğuz