Trampın "qara siyahı"sında olan 6 ölkə - Konqresmendən “hazır olun!” ismarıcı

Gürcüstanda müxalifəti dəstəkləyən amerikalı konqresmen Co Uilson bir sıra dövlətlərin rəhbərlərinə xəbərdarlıq edib. 

Jan 21, 2025 - 10:45
Trampın "qara siyahı"sında olan 6 ölkə - Konqresmendən “hazır olun!” ismarıcı

SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, onların arasında “Gürcü Arzusu” partiyasının qurucusu və fəxri sədri Bidzina İvanişvili də var. 

Co Uilson “X” sosial şəbəkəsində ABŞ-nin yeni prezidentinin olduğuna işarə edərək 6 ölkənin rəhbərlərinə və bir terror təşkilatına “Hazır olun!” ismarıcı yollayıb və sanksiyaların yaxında olduğunu vurğulayıb.  

Siyahıda İvanişvili (Gürcüstan), Maduro (Venesuela prezidenti, Xameneyi (İranın ali rəhbəri), Putin (Rusiya prezidenti), Kim Çen In (Şimali Koreya rəhbəri), Si Cinpin (Çin lideri) və “Badr” terrorçuları var. 

Maraqlıdır ki, siyahıda birinci yerdə Bidzina İvanişvilinin adı yazılıb. 

“Gürcü Arzusu”nun Siyasi Şurası buna cavab olaraq bəyanat yayıb və Uilsonu “dərin dövlətin ən görkəmli nümayəndələrindən biri” adlandırıb. Partiya liderləri iddia ediblər ki, konqresmen pula görə gürcü müxalifətinin maraqlarına lobbiçilik edir.

Xatirə SADİQ