Trampın “Sülh Şurası”na ayaqqabıları ilə damğa vurdu – O prezident kimdir? + FOTOLAR
Ötən gün Davosda ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı təşkil etdiyi “Sülh Şurası”nın nizamnaməsinin imzalanma mərasimi keçirilib.
SAVASHMEDİA.az xəbər verir ki, mərasimə Donald Trampın çıxışları ilə yanaşı Argentina Prezidenti Xavyer Gerardo Mileyin ayaqqabıları da damğa vurub. Belə ki, digər liderlər klassik ayaqqabı geyindiyi halda, Argentina lideri mərasimə idman ayaqqabısı ilə qatılıb.
Hər zamankı kimi dağınıq və uzun saçları ilə diqqət çəkən Miley tünd göy rəngli kostyumunu “Nike” markasına aid, qara rəngli idman ayaqqabısı ilə uyğunlaşdırıb.
Xavyer Mileyin geyim seçimləri kimi həyatı da maraqlıdır. Əvvəlcə onu qeyd edək ki, X.Miley ixtisasca siyasətçi deyil, iqtisadçıdır və şoumen ekspert olaraq tanınıb. Sərt tənqidləri, kobud çıxışları ilə diqqət çəkib.
O, siyasətə atılmazdan əvvəl rok qrupunda solist olub. Miley seçki kampaniyası zamanı rok janrında mahnılar oxuyub. Hətta prezident seçildikdən sonra xalqın qarşısında çılğınca rəqs edib.
Futbolla da məşğul olan Miley qapıçı kimi çıxış edib.
Uşaq vaxtı aqressiv davranışlar sərgilədiyi üçün ona “El Loco”, yəni “Dəli” ləqəbi verilib. Miley böyüdükdən sonra da bu ləqəbi üzərindən ata bilməyib.
O, özünü tanqral (tantrik) seks üzrə ekspert kimi təqdim edib. (Tantrik seks - qədim Tantra fəlsəfəsinə əsaslanan, seksə sadəcə fiziki yox, enerji, şüur və ruhani yaxınlıq kimi baxan bir yanaşmadır) Onun bu açıqlaması maraqla qarşılanıb.
Argentina prezidenti qəribə hobbisi ilə də gündəm olmağı bacarıb. Belə ki, o, bəslədiyi mastiff itilərini öldükdən sonra klonlaşdırıb.
Mileyin dini inancının nə olduğu da naməlumdur. Əslində katolik olsa da, Papa Fransiski sərt tənqid edib və yəhudi dinini seçəcəyini bildirib.
O, 2023-cü il seçkilərində 57% səslə qalib gələrək prezident seçilib. Hakimiyyətə gələn kimi Mərkəzi Bankın ləğvini və Argentina pesosunu ABŞ dolları ilə əvəzləməyi təklif edib. Mileyin prezidentliyi müddətində hökumətdə böyük büdcə kəsri yaranıb. Nazirliklərin sayı azaldılıb.
Banu