Türk Hava Yollarından Atatürk qadağası - "Bundan sonra görəcəksiniz..." + FOTO

Məşhur müğənni Mustafa Sandal Türk Hava Yollarının (THY) Mustafa Kamal Atatürk və Türkiyə bayrağı ilə bağlı qadağasına etiraz edib.

Jan 9, 2026 - 15:25
Türk Hava Yollarından Atatürk qadağası - "Bundan sonra görəcəksiniz..." + FOTO

SAVASHMEDİA.az xəbər verir ki, müğənni paylaşımında bildirib:

“Madam ki, Türk Hava Yolları personalına qadağan edib, sərnişin olaraq mən bundan sonra Türk Hava Yolları ilə hər səfərimdə sinəmdə şanlı Türkiyə bayrağı və Ulu Öndər Atatürkün əksi olan nişanı daşıyacağam”.

Qeyd edək ki, Türk Hava Yolları (THY) işçilərinin geyim qaydalarına dəyişiklik edib. Yeni qaydalara görə, personal yalnız üzərində THY-nin loqosu olan nişan taxa bilər. Qərardan əvvəl isə THY işçiləri Türkiyə bayrağı və M.K.Atatürkün təsviri olan nişanlar da taxırdılar.

Banu