“Türkiyə Qara dənizdə təhlükəsizliyi təmin etməyə hazırdır” - Zelenski
“Bu gün Amerikadan, prezident Trampdan, onun komandasından onların Ukrayna üçün təhlükəsizlik təminatlarının iştirakçısı olacağına dair müsbət siqnal aldıq”.
SAVASHMEDİA.az “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski yerli jurnalistlərlə görüşündə bildirib.
Onun sözlərinə görə, bu addım həmin prosesə hazır olan digər ölkələrə də imkanlar açır və indi əsas ölkələrin baş qərargahları nəyə hazır olduqları barədə artıq danışmağa başlayıblar.
Zelenski hesab edir ki, əvvəllər belə niyyətlərini bəyan etməyən bəzi ölkələr meydana çıxacaq və o, bu çərçivədə Türkiyənin adını çəkib.
“Amerika siqnal verəndən sonra – bu, prezident Tramp və Amerika Birləşmiş Ştatlarının mühüm addımıdır. Türkiyə deyir ki, Qara dənizdə təhlükəsizliyi təmin etməyə hazırdır. Özü və ya başqa birisi ilə birlikdə. Yəni, təhlükəsizlik təminatlarının bu hissəsini, Qara dənizdə təhlükəsizliyi Türkiyə kiminləsə ortaq şəkildə təmin etməyə hazırdır”, - deyə Zelenski izah edib.
Xatirə SADİQ