Türkiyədə kütləvi yağış dualarının tədqiqinə 3 milyon ayrıldı
Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) yeni elmi layihəyə böyük həcmdə maliyyə vəsaiti nəzərdə tutub.
SAVASHMEDİA.az xəbər verir ki, qurum Elm və Texnologiyada Avropa Əməkdaşlığı Təşkilatının (COST) qrant proqramı çərçivəsində “İslam tarixində kütləvi dua nümunəsi kimi yağış dualarının eko-teoloji analizi (VII-XI əsrlər)” adlı tədqiqat üçün 3 milyon türk lirəsi ayırıb.
Elmi-tədqiqat işləri Bursa Uludağ Universitetinin Tarix kafedrasının dosenti Öznur Özdemirin rəhbərliyi altında həyata keçirilir.
Ümumilikdə 36 ay davam etməsi planlaşdırılan bu layihə çərçivəsində VII və XI əsrlər arasında icra olunan kütləvi yağış duaları tarixi faktlar əsasında təhlil ediləcək.
Tədqiqatçılar həmin dövrün ritual ənənələrini insan, təbiət və inanc münasibətləri müstəvisində eko-teoloji baxımdan araşdırmağı hədəfləyirlər.
Oğuz